Meksika Qran-prisində gərginlik: Komanda yoldaşı ilə qalmaqal yaşadı, yarış 40 dəqiqə dayandırıldı
Formula 1 üzrə Meksika Qran-prisi keçirilib.
"Mediasport" xəbər verir ki, gərginliklə yadda qalan dünya çempionatının qalibi Maks Verstappen olub.
“Red Bull” komandasının niderlandlı pilotu Mexiko şəhərindəki Rodriges qardaşları avtodromunda baş tutan mövsümün 71 mərhələli 19-cu yarışında finiş xəttini birinci keçib.
“Ferrari”nin britaniyalı pilotu Luis Həmilton ikinci, “Mercedes”in italiyalı sürücüsü Kimi Antonelli isə üçüncü yeri tutub.
Yekunda Kimi Antonelli mövsümün başa çatmasına 4 mərhələ qalmış turnir tarixində ən gənc (20 yaş) dünya çempionluğunu qarantiləyib.
Apenninli 20 yaş, iki ay və yeddi günlüyündə çempion olan Sebastyan Fettelin rekordunu təzələyib.
Yarış, həmçinin insidentsiz ötüşməyib. İlk dövrədə Həmiltonla komanda yoldaşı Şarl Lekler arasında qalmaqal baş verib.
Lekler 5 saniyəlik cəza alıb.
“Cadillac”ın pilotu Valtteri Bottas isə ağır qəza keçirib. Təhlükəsizlik baryerlərinin bərpası üçün yarış 40 dəqiqəyə yaxın dayandırılıb.

