"Ölkəmi beynəlxalq arenada təmsil etməkdən qürur duyuram!”

"Ölkəmi beynəlxalq arenada təmsil etməkdən qürur duyuram!”

Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində qazandığı bürünc medalı şərh edib.

"Mediasport" xəbər verir ki, Olimpiya çempionu sosial şəbəkə hesabında bununla bağlı post paylaşıb.

Dünya və Avropa birincisi qürur duyduğunu yazıb:

"Medal kolleksiyama daha biri əlavə olundu! Əbu-Dabidə keçirilən IJF “Böyük Dəbilqə” turnirinin bürünc medalı!

Ölkəmi beynəlxalq arenada təmsil etməkdən qürur duyuram!”

Xatırladaq ki, Heydərov karyerasında 7-ci dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub.