Azərbaycan idmançılarından dünya çempionatında 6 medal

 Azərbaycan idmançılarından dünya çempionatında 6 medal

Azərbaycanın kişi bodibildinqçiləri Səudiyyə Ərəbistanının Əl Xubar şəhərində keçirilən dünya çempionatında uğurlu çıxışla yadda qalıblar.

"Mediasport" xəbər verir ki, idmançılarımız yarışda 6 medal qazanıblar.

“Junior Mens Physique” kateqoriyasında mütləq qalib olan Aşur Abdullayev və birinci olan Əhməd Quluzadə qızıl mükafat əldə edib.

Quluzadə “Mens Physique” kateqoriyasında da bütün rəqiblərini üstələyib. Tərlan Əliyev 2-ci olub.

Bodibildinq yarışlarında çıxış edən Təyyar Vəliyev də qızıl medala yiyələnib.

Kamil Əliyev isə "Muscular Mens Physique” kateqoriyası üzrə 3-cü yeri tutub.