Bütün Premyer Liqa klubları Əvəzedicilər Liqasına qatılacaq

 Bütün Premyer Liqa klubları Əvəzedicilər Liqasına qatılacaq

Payız-yaz sistemi ilə təşkil olunacaq futbol üzrə Əvəzedicilər Liqasının 2026/27-ci illər mövsümünün başlanma tarixi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yeni mövsümdə turnirdə Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların əvəzedici komandaları mübarizə aparacaq.

Əvəzedicilər Liqasının 2026/27-ci illər mövsümü avqustun 21-də start götürəcək.