Azərbaycan klubları üçün 2026-cı ilin ilk "transfer pəncərəsi" açıldı
Azərbaycan klubları üçün 2025/2026-cı illər mövsümünün qış "transfer pəncərəsi" açılıb.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz bu gündən yeni futbolçularını qeydiyyatdan keçirmək üçün müraciət edə bilərlər.
Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən, transfer dönəmi 31 gün davam edəcək.
Oyunçuların qeydiyyatı üçün son tarix fevralın 10-u (saat 23:59-a kimi) olacaq.
Azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix isə 31 mart 2026-cı il müəyyən edilib.
