"Kəpəz" qış fasiləsində ilk legioner futbolçunun keçidini rəsmiləşdirdi

"Kəpəz" qış fasiləsində ilk legioner futbolçunun keçidini rəsmiləşdirdi

"Kəpəz" qış fasiləsində növbəti transferini reallaşdırıb.

Klubdan "Mediasport"a verilən məlumata görə, komanda heyətini Mate Abuladze ilə gücləndirib.

25 yaşlı gürcüstanlı müdafiəçi ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Mate Abuladze mövsümün ilk yarısını Gürcüstanın “Samqurali” klubunda keçirib.

2024-cü ildən Tsxaltubo təmsilçisinin formasını geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.

Xatırladaq ki, "Kəpəz"onadək Veysəl Rzayevi heyətinə qatıb.