Ağadadaş "Araz-Naxçıcan"a keçdi
“Araz-Naxçıvan” “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini heyətinə cəlb edib.
"Mediasport" xəbər verir ki, 22 yaşlı forvard qarşıdakı mövsümü icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


