PFL Mikelsi mükafatlandırdı

 PFL Mikelsi mükafatlandırdı

Futbol üzrə Misli Premyer Liqasında 2025/26 mövsümünün bombardiri xüsusi hədiyyə ilə mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, “Sabah”ın hücumçusu Coy Lens Mikelsə mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.

Qeyd edək ki, ruanda əsilli almaniyalı forvard başa çatan mövsümdə 19 qol vurub.