Qavi karyerasına Azərbaycan Premyer Liqasında davam edəcək

Qavi karyerasına Azərbaycan Premyer Liqasında davam edəcək

Premyer Liqaya hazırlaşan "Karvan" yeni transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, Yevlax təmsilçisi nigeriyalı Qavi Tompsonla anlaşıb.

25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

O, son olaraq ölkəsinin “Sportinq Laqos” klubunda forma geyinib. Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.

Yarımmüdafiəçi karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub.