"Qarabağ"dan xəbərdarlıq: “Napoli” ilə oyuna bilet satışı dayandırılacaq

"Qarabağ"dan xəbərdarlıq: “Napoli” ilə oyuna bilet satışı dayandırılacaq

“Qarabağ” komandanı UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə İtaliyadakı oyunda dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.

“Mediasport” xəbər verir ki, Ağdam klubu onlardan asılı olmayan səbəblərdən bilet satışı noyabrın 21-dən sonra dayandırılacaq:

“Bizdən asılı olmayan səbəblərə görə noyabrın 21-dən sonra vauçerlərin satışı dayandırılacaq.

“Napoli” – “Qarabağ” matçını “Stadio Diego Armando Maradona” stadionunda izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışı iTicket.az-da davam edir. “Napoli” ilə səfər oyununa bilet əldə etmək üçün son 4 gün qaldı”.

Noyabrın 26-da baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 00:00-da başlanacaq.