"Oyundan bir xalla ayrıldığımız üçün məyusuq" - Qustavo Klisman
"Oyundan bir xalla ayrıldığımız üçün məyusuq. Sona qədər qələbəyə yaxın idik. Amma sonda üç xal əldən çıxdı. Buna baxmayaraq, komanda yoldaşlarıma əzmkarlığa görə təşəkkür edirəm".
"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Qustavo Klisman deyib.
Braziliyalı vinger Azərbaycan Premyer Liqasının 8-ci turunun "Qarabağ"la (3:3) matçından sonra jurnalistlərə açıqlama verib:
"Futboldur, bəzən belə şeylər də olur. Amma biz hər şeyi etdik. Əlbəttə, hər görüşə qələbə üçün çıxırıq.
Bunu oyunumuzla da göstərmək istəyirik. Ancaq bəzən olmur".
Cənubi amerikalı stadionda ab-havanın möhtəşəm olduğunu qeyd edib:
"Atmosfer mükəmməl idi. Azarkeşlərimizə təşəkkür edirəm. Bizim 12-ci oyunçumuz idilər.
Hər oyunda bizi dəstəkləsələr, həqiqətən daha yaxşı olacaq. Onların dəstəyi mənə meydanda çox yaxşı tərəfdən təsir edirdi".

