1-ci Liqada qalmaq uğrunda son iki turun oyun proqramı açıqlandı

1-ci Liqada qalmaq uğrunda son iki turun oyun proqramı açıqlandı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 26-cı turun proqramı açıqlanıb.

"Mediasport" xəbər verir ki, iki oyun günündən ibarət olacaq turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.

Qeyd edək ki, qarşıdakı turların nəticələrindən asılı olmayaraq, çempionluğu təmin etmiş "Qəbələ", həmçinin "İmişli" və "Karvan" Premyer Liqaya lisenziya əldə ediblər.

Sona iki tur qalmış əsas mübarizə liqada qalmaq uğrunda gedəcək.


Azərbaycan 1-ci Liqası. 26-cı tur


15 may (cümə axşamı)

“Qəbələ” – “Zaqatala” 

Qəbələ şəhər stadionu, 16:00


16 may (cümə)

“Difai” – “Cəbrayıl”

Şamaxı OİK stadionu, 17:00


“İmişli” – “Baku Sporting” 

H.Əliyev adına İmişli şəhər stadionu, 17:00 


MOİK – “Mingəçevir” 

Binə qəsəbə stadionu, 17:00


“Karvan” – “Qaradağ Lökbatan”

Yevlax şəhər stadionu, 17:00