Vüsal Məsimov yenidən "Səbail"də
1-ci Liqa təmsilçisi "Səbail" növbəti transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Bayıl təmsilçisi Vüsal Məsimovla 1+1 illik müqavilə imzalanıb.
26 yaşlı cinah müdafiəçisi son mövsümü "Karvan-Yevlax"da keçirib.
O, Premyer Liqada ümumilikdə 18 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Mənsimov 2024/2025 mövsümündə də "Səbail"də çıxış edib.
"Dənizçilər" buna qədər Mehdi Cənnətovu, Zeyəddin Abdurahmanov, Rubin Seyidov, Bahadur Həziyevi, Eltun Turabovu heyətinə cəlb edib.


