1-ci Liqada pley-off həyəcanı: "Şimal" "Qaradağ Lökbatan"a qarşı

1-ci Liqada pley-off həyəcanı: "Şimal" "Qaradağ Lökbatan"a qarşı

Bu gün Azərbaycan 1-ci Liqasına vəsiqə uğrunda pley-off oyunu baş tutacaq.

"Mediasport" xəbər verir ki, 1-ci Liqanı 9-cu sırada bitirən "Şimal" 2-ci Liqanı gümüş medallarla başa vuran "Qaradağ Lökbatan"la üz-üzə gələcək.

Kritik qarşılaşma Şamaxı şəhər stadionunda keçiriləcək və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Cütün qalibi 2026/2027 mövsümündə 1-ci Liqada mübarizə aparacaq.

Azərbaycan 1-ci Liqası. Pley-off oyunu

27 may

16:00 "Şimal" - "Qaradağ Lökbatan"

Baş hakim: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Şamaxı şəhər stadionu.