Mövsümün çempionu müəyyənləşir
Bu gün futbol üzrə Azərbaycan 2-ci Liqasında mövsümün qalibi müəyyənləşəcək.
"Mediasport" xəbər verir ki, çempionluğa iddialı kollektivlər - "Xankəndi" və "Qaradağ Lökbatan" son turu səfərdə keçirəcəklər.
Qarabağ klubu Şəmkirdə, Qaradağ təmsilçisi isə Şirvanda meydana çıxacaq.
Lider "Xankəndi" heç-heçəyə də çempionluq və 1-ci Liqaya çıxışını rəsmiləşdirəcək.
Xatırladaq ki, turun dünən baş tutan matçlarında "Ağstafa Gəncləri" "Sheki City"ni (3:1), "Kür-Araz" "Araz-Saatlı"nı (3:0), "Göygöl" "Ağdaş"ı (2:0) məğlub edib.
Azərbaycan 2-ci Liqası. 27-ci tur
18 may
17:00 "Şirvan" - "Qaradağ Lökbatan"
Hakimklər: Nazim Abdullayev, Ruslan Babayev, Rizvan Süleymanov, Nəriman Ağayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şirvan OİK stadionu.
17:00 "Şəmkir" - "Xankəndi"
Hakimklər: Xalid Quliyev, Ağadur Mahmudov, Elvin Mədətov, Nahid Xasıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şəmkir OİK stadionu.
17:00 "Quba" - "Dinamo"
Hakimklər: Hacıağa Həsənov, Sadiq Əliyev, Əkbər Əliyev, Rəsul Babayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Quba OİK stadionu.


