Azərbaycanda fevral ayının ən yaxşı qol müəllifi mükafatlandırıldı
Futbol üzrə Azərbaycan 1-ci Liqasında ayın ən yaxşı qolunun növbəti qalibi mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, Peşəkar Futbol Liqasının "Ayın qolu" layihəsinin budəfəki qalibi "Baku Sportinq"in futbolçusu Elşən Abdullayev olub.
Vingerə mükafatı 19-cu turun "Mingəçevir"lə qarşılaşmasından əvvəl PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.
