Ammar Baxşalıyevdən dünya çempionatında bürünc medal

 Ammar Baxşalıyevdən dünya çempionatında bürünc medal

Azərbaycan gimnastı Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut üzrə gənclər arasında dünya çempionatında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, yeniyetmə idmançı yarışda bürünc medal qazanıb.

Təsnifat mərhələsində 54,850 xalla 6-cı pillədən finala yüksələn təmsilçimiz həlledici raundda 55,450 xal toplayaraq üçüncü yeri tutub.

Bununla da o, Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatında fərdi proqramın ilk medalçısı olub.