Tyaqu Almeyda Portuqaliyanı Azərbaycana dəyişdi - RƏSMİ

Tyaqu Almeyda Portuqaliyanı Azərbaycana dəyişdi - RƏSMİ

Heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir legionerin keçidini açıqlayıb.

"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Tyaqu Almeydanı transfer edib.

Cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanıb.

Portuqaliyalının son klubu vətənində "Şaviş" olub.

Xatırladaq ki, "Sumqayıt" bu yay Emil Mustafayev, Jeymes Almeyda, Jeam Oliveyra, Lukas Blak və Renan Santana ilə güclənib.