"Zirə" Konfrans Liqası ilə əlavə vaxtda vidalaşdı - VİDEO

"Zirə" Konfrans Liqası ilə əlavə vaxtda vidalaşdı - VİDEO

UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, təmsilçilərimizdən "Zirə" Xorvatiyada "Hayduk"a məğlub olub.

Beləliklə, Rəşad Sadıqovun komandası cari mövsüm avrokuboklarda mübarizəni dayandırıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxtda 10 nəfərlə mübarizə aparan qəsəbə təmsilçisi rəqibinə uduzub.

UEFA Konfrans Liqası. 2-ci təsnifat mərhələsi. Cavab oyunu

"Hayduk" (Xorvatiya) - "Zirə" (Azərbaycan) 1:1 ə.v. 1:0 İlk oyun - 1:1

Baş hakim: Luka Payretto (İtaliya)

Split, "Polyud" stadionu.