"Sabah" legionerini yola saldı

  "Sabah" legionerini yola saldı

"Sabah" hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Pavol 2024-cü ildən Masazır təmsilçisinin uğurları üçün çalışırdı.

O, "bayquşlar"ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub və 3 məhsuldar ötürmə edib.

Şafranko "Sabah"la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.