"Dinamo" Bakıda uduzmaqla 20 ildən sonra antirekordçu oldu

"Dinamo" Bakıda uduzmaqla 20 ildən sonra antirekordçu oldu

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a uduzan "Dinamo" (Kiyev) tarixi antirekordla yadda qalıb.

"Mediasport" xəbər verir ki, "atlılar"ın 2 cavabsız qolla mübarizədən kənarlaşdırdığı Ukrayna klubu avrokuboklarla erkən vidalaşıb.

Bu, 2005/2006-cı illər mövsümündən sonra ilk dəfə qeydə alınıb.

Kiyevlilər son 20 ildə hər mövsüm azı avrokubokların pley-off mərhələsinə qədər irəliləyib.