"Zirə"nin növbəti rəqibi bəlli oldu
"Zirə"nin yoxlama oyununda növbəti rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv "Navbahor"la (Özbəkistan) qarşılaşacaq.
"Qartallar" ilk yoxlama oyununda "Qarabağ"a məğlub olub - 3:4.
Xatırlaladaq ki, qəsəbə təmsilçisi iyulun 2-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirəcək.


