Milli futbolçumuzun klubu Yüksək Liqanı tərk elədi
Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" Niderland Erediviziyasında pley-off oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Kökçünün komandası "Villem II" ilə cavab matçında məğlub olub (1:2, penaltilər seriyası - 4:5).
Ozanın adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Pley-off oyununun nəticəsinə əsasən, "Volendam" aşağı liqaya yuvarlanıb. "Villem II" isə Niderland Yüksək Liqasına yüksəlib.
Xatırladaq ki, Ozan Can Kökçünün komandası pley-offun ilk matçında rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.


