Zidanın oğlu dünya çempionatında, Benziaya ehtiyac olmadı - SİYAHI
Əlcəzair milli komandasının DÇ-2026 üçün 26 nəfərlik yekun heyəti açıqlanıb.
Baş məşqçi Vladimir Petkoviç əfsanəvi Zinəddin Zidanın oğlu Luka Zidanı da siyahıya əlavə edib.
Fransanın U-16, U-17, U-18, U-19 və U-20 millilərində oynamış 28 yaşlı qolkiper ötən ildən tarixi vətəninin əsas yığmasına çağırılır.
"Qarabağ"da oynadığı dönəmdə yenidən parlayan və milli komandaya dəvət alaraq orada da fərqlənən Yassin Benzia isə Petkoviçə lazım olmayıb.
Ağdam klubunda diqqət mərkəzində olan yarımmüdafiəçi "Əl Feyha"ya keçəndən sonra sanki "kölgə"yə çəkilib.
Əlcəzair seçməsi mundialın J qrupunda Argentina, Avstriya və İordaniya ilə üz-üzə gələcək.
DÇ 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Qapıçılar: Luka Zidan ("Qranada"), Ussama Benbut ("USM Əlcəzair"), Melvin Mastil ("Nyon"), Abdellatif Ramdan ("MK Əlcəzair");
Müdafiəçilər: Rafik Belqali ("Verona"), Samir Şerqi ("Paris"), Rayan Ayt Nuri ("Mançester Siti"), Jauen Ajam ("Yanq Boyz"), Ayssa Mandi ("Lill"), Rami Bensebaini ("Borussiya", Dortmund), Zinəddin Belaid ("Kabiliya"), Əşrəf Abada ("USM Əlcəzair"), Məhəmməd Amin Tuqay ("Esperans");
Yarımmüdafiəçilər: Nabil Bentaleb ("Lill"), Hişem Budaui ("Nitsa"), Ussem Auar ("Əl İttihad"), Fares Şaibi ("Ayntraxt", Frankfurt), İbrahim Maza ("Bayer", Leverkuzen), Yasin Titraui ("Şarlerua"), Ramiz Zerruki ("Tvente");
Hücumçular: Mohamed əl-Amin Amura ("Volfsburq"), Nadir Benbuali ("Dyor"), Adil Bulbina ("Əl Dühail"), Fares Gecemis ("Frosinone"), Amin Quiri ("Olimpik", Marsel), Anis Hac Mussa ("Feyenoord"), Riyad Marez ("Əl Əhli").
Mediasport.com.az


