Çempionlar Liqasında həftənin ən yaxşısı futbolçusu məlum oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının ən yaxşı futbolçusu məlum olub.
"Mediasport" xəbər verir ki, azarkeşlər namizədlər arasından PSJ-nin qapıçısı Canluici Donnarumma həftənin qalibi ediblər.
İtaliyalı qolkiper səsvermədə Harri Keyn (“Bavariya”), Marko Asensio (“Aston Villa”) və Emre Canı (“Borussiya”) geridə qoyub.
Qeyd edək ki, Donnarumma Öaris klubunun "Liverpul"u səfərdə 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 120 dəqiqə inamla çıxış edib, penaltilər seriyasında 2 zərbəni qaytarıb.