İlk yarımfinalçılar məlum olacaq - Çempionlar Liqasında 1/4 final

İlk yarımfinalçılar məlum olacaq - Çempionlar Liqasında 1/4 final

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu axşam start götürəcək.

"Mediasport" xəbər verir ki, azarkeşlər iki maraqlı görüşün şahidi olacaqlar.

Ötən həftə Barselonada darmadağına məruz qalmış Dortmund "Borussiya"sı möhtəşəm "Siqnal İduna Park"da, "Aston Villa" isə Birmingemdə  meydana revanş arzusu ilə çıxacaq.

Raundun qalan iki cavab dueli sabah baş tutacaq.


UEFA Çempionlar Liqası. 1/4 final. Cavab oyunları


23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya) İlk oyun - 0:4

23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa) İlk oyun - 1:3