Elcan Əbilov "Kəpəz"in yubiley qolunu kubok matçında vurdu

Elcan Əbilov "Kəpəz"in yubiley qolunu kubok matçında vurdu

"Kəpəz" Azərbaycan Kubokunda 200-cü qolunu vurub.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunun 2025/2026 mövsümünün II təsnifat mərhələsində baş verib.

"Ağstafa Gəncləri" ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. "Kəpəz"in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında qol sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız "Qarabağ"la "Neftçi"dən geri qalan "Kəpəz" evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Qeyd edək ki, Gəncə komandasının kubokda ilk qolu 1993 mövsümünə təsadüf edib. "Kəpəz" 1/32 finalın ilk oyununda səfərdə "Nicat"la heç-heçə oynayıb – 2:2.