Kilian Mbappe Bakıdakı oyunda meydana çıxmayacaq - DÇ-2026
Fransa milli komandası noyabrın 16-da DÇ-2026-nın seçmə qrup mərhələsinin son turu çərçivəsində Azərbaycan yığması ilə matça itki ilə çıxacaq.
"Mediasport" xəbər verir ki, "xoruzlar"ın dünya ulduzu Kilian Mbappe Bakıda baş tutacaq matçda iştirak etməyəcək.
Fransa mətbuatı hücumçunun Azərbaycana yollanmayacağını yazıb.
Qeyd olunub ki, millinin kapitanı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı sağ topuğundakı zədə səbəbindən burxacaq.
Matç saat 21:00-da start götürəcək.
