Niderland milli komandası da mundialda mübarizəni dayandırdı

Niderland milli komandası da mundialda mübarizəni dayandırdı

ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən Dünya Kubokunda daha bir komanda 1/8 finala vəsiqə qazanıb.

"Mediasport" xəbər verir ki, Niderlandı məğlub edən Mərakeş milli komandası növbəti mərhələyə yüksəlib (1:1, penaltilər - 2:3).

Buna qədər Kanada, Braziliya və Paraqvay 1/8 finala adını yazdırıb.

Turnirin favoritlərindən Almaniya seçməsi gözlənilmədən mübarizəni dayandırıb.

Dünya çempionatı iyulun 19-dək davam edəcək.