Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun ən yaxşı oyunçusu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Madrid "Real"ının hücumçusu Kilian Mbappe həftənin ən yaxşı futbolçusu seçilib.

Fransalı forvard UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun əsasında qalib olub.

Mbappe qalib adı uğrunda mübarizədə Erlinq Haaland ("Mançester Siti"), Rasmus Hoylund ("Napoli") və Yens-Petter Högeni ("Bodo-Qlimt") qabaqlayıb.

Qeyd edək ki, forvard "Kayrat" səfərində 3 qol vurub.