ÇL-də ilk finalçı müəyyənləşir: "Arsenal" "Atletiko" ilə üz-üzə
Bu axşam UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab oyunu İngiltərədə baş tutacaq.
Çempionluğa iddialı "Arsenal" Madrid "Atletiko"sunu qəbul edəcək.
Komandalar arasında ötən həftə İspaniyada keçirilmiş dueldə bərabərlik qeydə alınıb (1:1).
Raundun digər yarımfinal görüşündə isə sabah "Bayern"lə PSJ üz-üzə gələcək.
UEFA Çempionlar Liqası. Yarımfinal. Cavab oyunu
23:00 "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)
Baş hakim: Daniel Sibert (Almaniya)
İngiltərə, London, "Emireyts" stadionu.
