Portuqaliya klubunun idman direktoru "Qarabağ"ın qonağı oldu

"Qarabağ"la Portuqaliyanın “Portimonense” klubu arasında əməkdaşlıq genişləndiriləcək.
"Mediasport" xəbər verir ki, bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə səfər edib.
Ağdam klubunun baş direktoru, İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər.
Fernando Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb.
Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.
Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. Idarə Heyətimizin üzvləri qonaqla xatirə şəkli çəkdiriblər.