Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeşlər gəlib
"Formula 1" üzrə 10-cu Azərbaycan Qran-prisini izləmək üçün Bakıya 120-dən çox ölkədən azarkeş gəlib.
Bu barədə "Mediasport"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bu il 17 mindən çox xarici azarkeş yarışı tribunalardan izləyib. Bu, "Formula 1"in Bakıda keçirildiyi müddətdə qeydə alınan ən yüksək göstəricidir.
Qran-pri üçün satışa çıxarılan bütün biletlər satılıb. Dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb.
Xatırladaq ki, Azərbaycan Qran-prisinin qalibi "Mersedes" pilotu Corc Rassell olub.

