Ronaldo aktyorluğa başlayır
Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo aktyorluğa başlayır.
"Mediasport" xəbər verir ki, 41 yaşlı superulduz Britaniya futbolunun pərdəarxasını əks etdirəcək "Day 1s" adlı dramatik serialda rol olacaq.
Portuqaliyalı ulduz serialda özünü canlandıracaq. Ekran işində əsas rolu "Milyardlar" və "Vətən" serialları ilə tanınan Demien Lyuis oynayacaq.
Serialda Fransa millisi və "Arsenal"ın sabiq futbolçusu Tyerri Anri, britaniyalı reper Deyv və aktrisa Karlotta Banat da yer alacaqlar.
Londondakı "Barnet" stadionunda çəkişilər start götürüb.


