"Qarabağ"- "Dinamo" oyunundan əvvəl fan zona təşkil olunacaq

"Qarabağ"- "Dinamo" oyunundan əvvəl fan zona təşkil olunacaq

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin bu gün Bakıda keçiriləcək "Qarabağ" - "Dinamo" Kiyev (Ukrayna) oyunundan əvvəl fan zona təşkil ediləcək.

"Mediasport" xəbər verir ki, fan zona qarşılaşmadan öncə Tofiq Bəhramov adına Respublika stadionunun önündə açılacaq.

Əyləncəli proqram saat 18:00-dan başlanacaq.

Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq. Eyni zamanda holdinqə aid "Azerçay", "Joyzz", "Zeytun Bağları", "Bizim Süfrə", "Azərsüd", "Shokki Mokki", "Bizim Tarla" markaları gələn qonaqlara öz məhsullarını ikram edəcəklər.

Matç saat 20:00-da start götürəcək.