Yusif Qəhrəmanlı Avropa ölkələri birinciliyində 2-ci yeri tutdu
Azərbaycan karateçisi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Avropa ölkələri üzrə şotokan birinciliyində uğurlu nəticə əldə edib.
Azərbaycan Karate Federasiyasından "Mediasport"a verilən məlumata görə, təmsilçimiz 15 yaşadək idmançıların mübarizəsində gümüş mükafatçı olub.
O, 70 kq çəki dərəcəsində medal qazanıb.
Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında qatılıb.

