Dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlandı

Dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr açıqlandı

2031 və 2035-ci illərdə keçiriləcək futbol üzrə qadınlar arasında dünya çempionatlarının ev sahibləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yekun qərar FİFA-nın onlayn keçirilən növbədənkənar Konqresində qəbul olunub.

2031-ci ildə ev sahibi ölkələr ABŞ, Meksika, Kosta-Rika və Yamayka olacaq.

4 il sonra isə mundial Şotlandiya, İngiltərə, Şimali İrlandiya və Uelsin birgə təşkilatçılığı ilə keçiriləcək.

Hər iki mundiala ev sahibliyi etmək üçün dünya futbol təşkilatına cəmi bir müraciət daxil olub.

Bu iki DÇ-nin final mərhələsi tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq.

Xatırladaq ki, qarşıdakı yarış 2027-ci ildə - 32 millinin iştirakı ilə iyunun 24-dən iyulun 25-dək Braziliyada reallaşacaq.