"Qarabağ" "Zirə" ilə üz-üzə gəlir
Bu gün "Qarabağ" və "Zirə" arasında yoldaşlıq görüşü keçiriləcək.
"Mediasport" xəbər verir ki, görüş saat 18:00-da "Azersun Arena"nın məşq meydançasında baş tutacaq.
Yoxlama matçı yalnız media nümayəndələri üçün açıq olacaq.
"Atlılar" iyunun 22-dən iyulun 2-dək Avstriyanın Tirol əyalətində hazırlıq keçəcək.
25 iyun - 2 iyul tarixlərində isə Türkiyənin Bolu şəhərində qəsəbə təmsilçisinin hazırlığının növbəti mərhələsi baş tutacaq.


