Portuqaliya klubunun üzvü Azərbaycan klubuna keçdi - RƏSMİ
"Sabah" heyətinə daha bir futbolçu qatıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan çempionu Karlos Eduardo ilə güclənib.
Braziliyalı hücumçu Portuqaliyanın "Jil Visente" klubundan 1 illik icarəyə götürülüb.
İcarə müqaviləsində "bayquşlar"ın 24 yaşlı oyunçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.
O, karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020–2021), "Maritimu"nun B və əsas komandalarında (2021–2024), həmçinin "Felgeyraş"da (2024–2025) forma geyinib.

