Türkiyə klubu azərbaycanlı futbolçu üçün 200 min təklif etdi

Türkiyə klubu azərbaycanlı futbolçu üçün 200 min təklif etdi

Qarşıdakı mövsümdə Türkiyə Superliqasında oynamağı hədəfləyən "Ərzurumspor" heyətini azərbaycanlı futbolçu ilə gücləndirmək istəyir.

Mediasport.az saytına verilən məlumata görə, 1-ci Liqada hazırda 3-cü sırada qərarlaşmış komanda "Səbail"in qapısını döyüb.

Hakan Kutlunun baş məşqçisi olduğu kollektiv Bayıl klubunun cinah futbolçusu Rüfət Abdullazadə üçün konkret təklif göndərib.

Ərzurum təmsilçisi istedadlı vingerin keçidi üçün 200 min manat təzminat ödəməyə hazır olduğunu bildirib.

"Sumqayıt"ın yetirməsi olan 24 yaşlı futbolçu legioner həyatı yaşamağa razıdır, lakin yekun qərar yayda veriləcək.

Xatırladaq ki, "Ərzurumspor" 23 turdan sonra 40 xal toplayıb və lider "Kocaelispor"dan 8 xal geri qalır.