Azərbaycanda komanda hakimlərə etiraz olaraq meydanı tərk etdi

Azərbaycanda komanda hakimlərə etiraz olaraq meydanı tərk etdi

“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda V tur start götürüb.

"Mediasport" xəbər verir ki, "Qarabağ" - "Sabah" oyunu birincilərin inamlı qələbəsi ilə yekunlaşıb.

"Zəngəzur" - "Qəbələ" oyunu isə yarımçıq dayandırılıb. "Zəngəzur" hakim səhvlərinə etiraz olaraq matçın 22-ci dəqiqəsində meydanı tərk edib.


"Sabahın Ulduzları". U-15, 5-ci tur


“Sumqayıt” – EFA 1:4

Qollar: Əli Bağırzadə (80+2) // Hüseyn Novruzlu (7), Emil Səfərli (18), Şahin Qasımzadə (26), Elçin Məmmədli (67).

“Qarabağ” – “Sabah” 5:2

Qollar: Abbas Məmmədli (7), Fərid Yarəliyev (51), Ramil Əmirquliyev (53), Yəhya Timuçin (56, 63) // Hüseyn Musayev (25), Rüfət Həsənov (60).