10 oyunda 133 qol vuruldu - Bakı klubundan 28 hesablı qələbə

 10 oyunda 133 qol vuruldu - Bakı klubundan 28 hesablı qələbə

Futzal üzrə Yüksək və Birinci liqalarda 2026/2027-ci illər mövsümü start götürüb.

"Mediasport" xəbər verir ki, “Olimpik Star” idman kompleksində təşkil olunan 10 qarşılaşmada qapılara ümumilikdə 133 qol vurulub.

Yüksək Liqada son çempion "Araz-Naxçıvan" mövsümə qələbə ilə başlayıb.

Birinci Liqada isə "Bakı" rəqib qapısından 28 cavabsız top keçirib.


Yüksək Liqa. 1-ci tur


“Marafon” – “Şuşa” 2:5

“İmişli” – “Xankəndi” 3:11

“Baku Fire” – “AtiDel Ordubad” 7:3

“Yasamal Bakı” – “Araz-Naxçıvan” 1:4

“Rəvan” – “Neftçi” 1:12

 
Birinci Liqa. 1-ci tur


“Ulduz Bakı” – “Baku Fire-1” 2:9

“MC Finans” – “Metropoliten” 10:3

“Star Karqo” – “Neftçala” 10:6

“Bakı” – “İçəri şəhər” 28:0

“Xəzər” – “Xan Lənkəran” 0:16