"Real" evdə "Bayern"ə, "Sportinq" Lissabonda "Arsenal"a uduzdu

 "Real" evdə "Bayern"ə, "Sportinq" Lissabonda "Arsenal"a uduzdu

UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı start götürüb.

"Mediasport" xəbər verir ki, ilk qarşılaşmalar çərçivəsində iki görüş keçirilib.

Madrid "Real"ı erkən finalın ilk oyununda "Bayern"i sınağa çəkib. Münhen təmsilçisi 14 illik fasilədən sonra qələbə qazanıb.

Yarışın favoritlərindən sayılan "Arsenal" isə "Sportinq" səfərində son dəqiqə qoluna sevinib.

Raundun digər iki matçı bu gün baş tutacaq. Cavab duelləri aprelin 14-15-nə təyin edilib.


UEFA Çempionlar Liqası. 1/4 final. İlk oyunlar


"Real" (Madrid, İspaniya) - "Bayern" (Almaniya) 1:2

Qollar: Kilian Mbappe, 74 - Luis Dias, 41, Harri Keyn, 46.

Baş hakim: Maykl Oliver (İngiltərə)


"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) 0:1

Qol: Kay Havertz, 90+1.

Baş hakim: Daniel Zibert (Almaniya)