ÇL: Üçüncü təsnifat mərhələsi başa çatdı, pley-off cütləri müəyyənləşdi

ÇL: Üçüncü təsnifat mərhələsi başa çatdı, pley-off cütləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları yekunlaşıb və pley-offa yüksələn komandaların adları müəyyənləşib.

"Mediasport" xəbər verir ki, turnirdə yeganə təmsilçimiz "Qarabağ" Bakıda "Şkendiya"nı 5:1 hesabı ilə məğlub edib.

Türkiyə təmsilçisi "Fənərbağça" İstanbulda "Feyenoord"u üstələyib və növbəti mərhələyə adını yazdırıb.

Azərbaycan çempionu "Qarabağ" liqa mərhələsinə gedən yolda növbəti rəqibi "Ferensvaroş" olub.

Macarıstan klubu "Ludoqorets"i (Bolqarıstan) mübarizədən kənarlaşdırıb (0:0, 3:0).

Beləliklə, "Qarabağ", "Kopenhagen", "Fənərbağça", "Pafos", "Reyncers", "Brügge", "Ferensvaroş", "Kayrat", "Benfika", "Srvena Zvezda" pley-offa adını yazdırıb.

Xatırladaq ki, bu raundun ilk oyunları 19-20, cavab matçları isə 26-27 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunları

"Qarabağ" (Azərbaycan) - "Şkendiya" (Şimali Makedoniya) 5:1, İlk oyun 1:0

"Kopenhagen" (Danimarka) - "Malmö" (İsveç) 5:0, İlk oyun 0:0

"Pafos" (Kipr) - "Dinamo" (Kiyev, Ukrayna) 2:0, İlk oyun 1:0

"Viktoriya" (Çexiya) - "Reyncers" (Şotlandiya) 2:1, İlk oyun 0:3

"Fənərbağça" (Türkiyə) - "Feyenoord" (Niderland) 5:2, İlk oyun 1:2

"Brügge" (Belçika) - "Zalsburq" (Avstriya) 3:2, İlk oyun 1:0

"Slovan" (Sloveniya) - "Kayrat" (Qazaxıstan) 1:1, penaltilər - 3:4, İlk oyun 0:1

"Ferentsvaroş" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan) 3:0, İlk oyun 0:0

"Srvena Zvezda" (Serbiya) - "Lex" (Polşa) 1:1, İlk oyun 3:1

"Benfika" (Portuqaliya) - "Nitsa" (Fransa) 2:0, İlk oyun 2:0

Pley-off mərhələsinin cütləri

"Ferensvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)

"Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr)

"Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)

"Budö Qlimt" (Norveç) - "Şturm Qrats" (Avstriya)

"Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)

"Bazel" (İsveçrə) - "Kopenhagen" (Danimarka)

"Fənərbağça" (Türkiyə) - "Benfika" (Portuqaliya)