UEFA Çempionlar Liqasında 1/4 finala çıxan ilk 4 klub məlum oldu

 UEFA Çempionlar Liqasında 1/4 finala çıxan ilk 4 klub məlum oldu

UEFA Çempionlar Liqasında ilk 1/4 finalçılar məlum olub.

"Mediasport" xəbər verir ki, 1/8 finalın cavab görüşləri çərçivəsində 4 görüş keçirilib.

Turnirin sürpriz debütantı "Budö Qlimt"in "Sportinq"lə cavab matçı xeyli maraqlı alınsa da, norveçlilər əlavə vaxtda təslim olublar.

"Mançester Siti" isə doğma meydanda da "Real"a müqavimət göstərə bilməyib.

Raundun digər 4 oyunu bu gün baş tutacaq.


UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları


"Sportinq" (Portuqaliya) – "Budö Qlimt" (Norveç) 3:0 ə.v. 2:0 (ilk oyun - 0:3)

"Mançester Siti" (İngiltərə) – "Real" M. (İspaniya) 1:2 (ilk oyun - 0:3)

"Çelsi" (İngiltərə) - PSJ (Fransa) 0:3 (ilk oyun - 2:5)

"Arsenal" (İngiltərə) – "Bayer" (Almaniya) 2:0 (ilk oyun - 1:1)