"Sabah"la oyunda İsrail klubunu 600 azarkeş dəstəkləyəcək

"Sabah"la oyunda İsrail klubunu 600 azarkeş dəstəkləyəcək

Sabah UEFA Çempionlar Lqiasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Sabah"ın qonağı olacaq İsrailin "Hapoel" Beer-Şeva klubu Bakıda dəstəksiz qalmayacaq.

"Mediasport" İsrail mətbuatına istinadən xəbər verir ki, komandanı Tofiq Bəhramov adına Respublika stadionunda 600 azarkeş dəstəkləyəcək.

Xatırladaq ki, qarşılaşma saat 20:45-də başlanacaq.

Ötən həftə reallaşan ilk dueldə "Hapoel" 2:1 hesablı qələbə qazanıb.