Füzuli Məmmədov raport hazırladı - Daha bir futbolçunu yola saldılar
Mövsümün ikinci yarısına hazırlaşan "Karvan-Yevlax"da "təmizləmə əməliyyatı" davam etdirilir.
Aran klubundan "Mediasport"a verilən məlumata görə, Premyer Liqanın autsayderi daha bir futbolçusunu yola salıb.
Yeni baş məşqçi Füzuli Məmmədovun təqdimatına əsasən, Vitor Roşa ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klubla yayadək anlaşması olan portuqaliyalı yarımmüdafiəçiyə təzminat ödənilib.
Xatırladaq ki, yevlax təmsilçisi onadək iranlı Səid İranxan və Nika Çaçaşvili ilə vidalaşıb.
