UEFA açıqladı: "Qarabağ"ın futbolçusu rəmzi heyətdə yer aldı

UEFA-nın rəsmi sosial şəbəkə hesablarında Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin ilk turu üçün rəmzi heyət açıqlanıb.
"Mediasport" xəbər verir ki, ən yaxşı 11 futbolçu arasında "Qarabağ"ın oyunçusu Pedro Bikalyo da yer alıb.
O, Portuqaliya səfərində "Benfika" üzərində əldə olunan 3:2 hesablı möhtəşəm qələbədə böyük rol oynayıb.
Turun oyunçusu isə "Barselona"dan Markus Rəşford seçilib.
Qapıçı: Jeronimo Rulyi (Marsel);
Müdafiəçilər: Markos Lyorente (“Atletiko"), Vircil van Dayk (“Liverpul”), Derrik Lukassen (“Pafos”), Yussufa Mioqqi (“Slaviya” Praqa);
Yarımmüdafiəçilər: Markus Rəşford (“Barselona”), Hans Vanaken (“Brügge”), Pedro Bikalyo (“Qarabağ”), Fransisko Trinkao (“Sportinq” Lissabon);
Hücumçular: Markus Türam (“İnter”), Harri Keyn (“Bavariya”).