Filip Ozobiç Xorvtaiya klubunda: Doğma şəhərinə qayıtdı - RƏSMİ
Azərbaycan milli komandasının sabiq futbolçusu Filip Ozobiçin yeni klubu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Xorvatiyada davam etdirəcək.
O, "Mladost" Jdralovi (Bjelovar, Xorvatiya) klubu ilə anlaşıb.
Ozobiçin Byelovar şəhərinin komandasını seçməsi təsadüfi deyil. Çünki o, 1991-ci ildə məhz bu şəhərdə dünyaya gəlib.
"Mladost" Xorvatiyanın 2-ci Liqasında mübarizə aparır.
Tərəflər arasında müqavilə şərtləri açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycana 2016-cı ildə ayaq basmış xorvatiyalı "Qəbələ", "Qarabağ", "Neftçi" və "Turan Tovuz"da oynayıb.
Yığmamızın heyətində 15 oyun keçirib.


