"Çatışmazlıqları aradan qaldıracağıq” - Elvin Məmmədov

“Çətin səfər oyunu oldu. Rəqibin qapanıb hücumlar etməyimizə imkan verməyəcəyini təxmin etmişdik.
"Mediasport" xəbər verir ki, bu sözləri 1-ci Liqa təmsilçisi "Səbail"in baş məşqçisi Elvin Məmmədov deyib.
Gənc mütəxəssis çempionatda ardıcıl ikinci qələbəni şərh edib:
"Şükürlər olsun ki qələbə qazanan tərəf biz olduq. Uşaqlara axırıncı dəqiqəyə qədər apardıqları mübarizə üçün təşəkkür edirəm. Yolumuz uzundur və bir sıra çatışmazlıqlarımız var. Üzərimizdə çalışaraq onları aradan qaldıracağıq”.
Xatırladaq ki, ilk turda "Mingəçevir"dən üstün (2:0) olan Bayıl klubu bu dəfə "Difai"ni məğlub edib (2:1).